2020-ci ildə qlobal rəqəmsal reklam bazarının lideri hansı platforma olacaq? – AÇIQLAMA

31 Dekabr 2019 15:15

Gələn il Google-un qlobal reklam bazarındakı payı 23% olacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda "Marketing Dive"dan məlumat yayılıb.

Gözlənildiyi kimi aparıcı internet şirkəti rəqəmsal reklam yayımında öz liderliyini qoruyub saxladı.

Növbəti pillədə isə 2 milyarddan çox istifadəçisi olan Feysbuk sosial şəbəkəsi gəlir. Sözügedən platformanın qlobal reklam bazarındakı payı 13%-dir.

Məşhur onlayn alış-veriş platforması Amazon şirkətinin isə rəqəmsal reklamlarda olan payı 2,5% olaraq qiymətləndirilir.

Milli.Az