ByteDance şirkəti TikTok sosial şəbəkəsində olan aktivlərini satacaq

31 Dekabr 2019 13:15

Çinin ByteDance şirkətinin TikTok sosial şəbəkəsindəki hissələri satışa çıxarıla bilər.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda Bloomberg-dən məlumat yayılıb.

Məlumatda qeyd olunur ki, buna səbəb TikTok platforması vasitəsilə rəsmi Vaşinqtonun Amerika vətəndaşları haqqında məlumat toplama ehtimalıdır.

Hazırda ByteDance şirkətinin sosial şəbəkədə olan aktivləri 10 milyard dollardan yuxarı qiymətləndirilir.

Qeyd edək ki, TikTok sosial şəbəkəsindən informasiya təkzib edilir.

Milli.Az