"Şirkət tərəfindən aparılan sorğuda 10 nəfərdən 7-si 2030-cu ildə VR texnologiyası bazasında oynanılan oyunların fiziki reallıqdan fərqlənməyəcəyinə inanırlar".
Milli.Az ted.az-a istinadən bildirir ki, bunu "Ericsson ConsumerLab" şirkətindən bildiriblər.
Məlumata görə, respondentlər növbəti illərdə internet hisslərin ekologiyaya müsbət mənada böyük təsir göstərəcəyinə inanırlar: "Gələcəkdə internet hisslər mühüm əhəmiyyət daşıyacaq, məhz bu hisslərin yaranması insanları daha məsuliyyətli olmağa sövq edəcək. Sorğu iştirakçılarının 45%-i isə inanır ki, onlayn alış-veriş zamanı duyğu orqanlarından da istifadə edəcəklər".
"Ericsson ConsumerLab-ın apardığı onlayn sorğuda dünyanın 15 meqapolisinin - Banqkok, Dehli, Cakarta, London, Mexiko, Moskva, Nyu-York, San-Fransisko, San-Paulo, Şanxay, Sinqapur, Stokholm, Sidney, Tokio və Yohannesberq sakinləri iştirak ediblər", - deyə şirkətdən əlavə olunub .
Milli.Az