Azərbaycanda fermerlər üçün kredit kalkulyatoru istifadəyə verilib

26 Dekabr 2019 15:58

Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə aqrar kreditin məbləğini fərdi heablama sistemini (ALES) təqdim edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Agentliyin sədri Mirzə Əliyev ilin yekunlarına həsr olunmuş mətbuat konfransı zamanı deyib.

O bildirib ki, fermerlər bu sistemə əkin sahəsinin ərazisi, məhsuldarlıq, gəlir mənbələri və digər məlumatları daxil etməklə hansı məbləğdə kredit ala biləcəkləri barədə ilkin informasiya alırlar.

Bundan başqa, fermerlər ALES-dən çıxarışı çap edə və bank dəyərləndirməsi prosesini keçmədən banka müraciət edə bilərlər.

M.Əliyev bildirib ki, fermerlər artıq bu gündən Agentliyin rəsmi saytında kredit kalkulyatorundan istifadə edə bilərlər. O əlavə edib ki, bu addım fermerlərin maliyyə savadlılığı baxımından çox vacibdir.

Milli.Az