Ronaldo jurnalistləri məhkəməyə verir
16 Aprel 2010 12:27
"Real"ın portuqaliyalı futbolçusu Kriştiano Ronaldo jurnalistləri məhkəməyə verir. Buna səbəb bəzi mətbuat orqanlarının "Barselona" derbisindən bir gün öncə portuqaliyalının evində kef məclisi qurması barədə məlumat yayması olub.
Ronaldo yaydığı yazılı açıqlamada haqqındakı iddiaların tolerantlıq göstəriləcək səviyyədə olmadığını bildirib, peşəkarlığına və şəxsiyyətinə zərbə kimi qiymətləndirib: "Tamamən əsassız, heç bir gerçəyə dayanmayan ittihamların yalan olduğunu bildirirəm. Bütün matçlardan öncə olduğu kimi "Barselona" derbisindən öncə də evimdə istirahət etmişəm".
Ronaldo iddianı ortaya atan televiziya kanalının və bu xəbərləri yayımlayan qəzetlərin məhkəməyə verilməsini vəkilinə tapşırıb.
Milli.Az