İran qırıcısı Azərbaycanla sərhəddə qəzaya uğradı

26 Dekabr 2019 14:45

İran Hərbi-Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısı qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Azərbaycanla sərhədin yaxınlığında, Ərdəbil əyalətində Savalan dağı ətrafında baş verib.

Təyyarənin pilotunun taleyi naməlumdur.

Kəskin hava şəraitinə baxmayaraq pilot və təyyarənin axtarışları davam etdiriləcək.

Qəzanın səbəbləri ilə bağı araşdırma aparılır.

Milli.Az