Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası ilə bağlı qərarda dəyişiklik edilib

26 Dekabr 2019 11:35

Nazirlər Kabineti "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qərarında dəyişiklik edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeni qərarda əsasnamənin adı dəyişdirilib.

Yeni qərarla əsasnamənin adı "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurası haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" kimi qeyd edilib.

Milli.Az