Taliblər 20-dən çox sülh fəalını oğurladılar

26 Dekabr 2019 11:03

Əfqanıstanın qərbində 20-dən çox sülh fəalı qaçırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, polis rəsmisi Mohibulla Mohiba açıqlamasında bildirib ki, "Taliban" təşkilatının yaraqlıları Fərah vilayətinin Bala Buluk rayonunda avtomobil karvanında hərəkət edən sülhməramlı təşkilatın üzvlərini pusquya salaraq əsir götürüblər.

Fərah vilayətində fəaliyyət göstərən "Taliban" üzvləri baş verən hadisəyə görə məsuliyyət daşımadıqlarını bildiriblər.

Fəalların sərbəst buraxılması üçün hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış tədbirlərinə başlayıb.

Milli.Az