Əli Əsədov Artur Rasizadənin qərarını ləğv etdi

26 Dekabr 2019 10:54

"Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair Normalar"ın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2017-ci il 7 iyul tarixli 279 nömrəli Qərarı ləğv edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qeyd edək ki, normalar sabiq Baş nazir Artur Rasizadənin qərarı ilə təsdiq edilmişdi.

Milli.Az