Cem Yılmaz xəstəxanaya düşdü - VİDEO

26 Dekabr 2019 10:17

Bir müddət əvvəl Bakının qonağı olan türkiyəli məşhur şoumen Cem Yılmaz xəstəxanalıq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor bu barədə klinikada çəkdiyi videonu İnstaqram hesabında paylaşaraq məlumat verib. Səhhətində yaranan problemə görə sənətçinin dekabrın 25-də planlaşdırılan şousu yanvarın 5-nə keçirilib.

Sistem altında olan Cem Yılmaz səhhəti ilə bağlı məlumat verməsə də, həmişəki kimi zarafatından da geri qalmayıb.

Milli.Az