Populyar dərman xəstələri öldürürmüş...
21 Noyabr 2011 21:20
Milli.Az xəbər portalı "The Daily Mail"ə istinadən bildirir ki, "Avastin" preparatı çox pis fəsadlara səbəb olur və onun xərçəng xəstələrinin ömrünü artırmasını sübut edən heç bir dəlil yoxdur.
"Avastin"nin yaratdığı risklər arasında izafi qan təzyiqi, güclü qanaxma, ürəktutmalar, ürək çatışmazlığı, insult, asteniya, diareya, dərin venaların trombozu, anemiya, təngnəfəslik, burun qanaxması, hipoksiya, görmə funksiyasının pozulması, əzələ zəifliyi, mialgiya və sidik yollarının infeksiyası var.
Hazırda "Avastin" xərçəng əleyhinə preparatlar arasında ən çox satılanıdır.
Bu dərmandan yoğun bağırsaq, ağciyər, böyrək və beyindəki xərçəng şişlərinin müalicəsində istifadə olunur.
Dərmanla illik müalicə kursu 100 min dollardır.
Milli.Az