Çernobılda qəzadan sonra ilk dəfə Yeni il yolkası quruldu - FOTO

26 Dekabr 2019 09:41

Ukraynanın Pripyat şəhərində Çernobıl atom elektrik stansiyasında (AES) qəzadan sonra ilk dəfə Yeni il yolkası quraşdırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bayram ağacı şəhərin mərkəzində "Energetik" mədəniyyət sarayının qarşısında qurulub.

Şəhərin keçmiş sakinləri ağacı bayram oyuncaqları və özlərinin uşaqlıq şəkilləri ilə bəzəyiblər.

Pripyat şəhəri Çernobıl AES-dan 3 kilometr aralıda yerləşir. Qəzadan əvvəl burada 47,5 min insan yaşayıb. Radiasiya yüksək səviyyədə olduğundan əhali şəhəri tərk edib.

Milli.Az