Türkiyədə mebel fabrikində yanğın baş verib

26 Dekabr 2019 08:28

Türkiyədə mebel fabrikində yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  hadisə İstanbul vilayətinin Sultanqazi rayonunda baş verib.

Yanğın daha sonra yaxınlıqda yerləşən başqa bir mebel fabrikinə yayılıb.

Hadisə yerinə yanğınsöndürənlər briqdası cəlb edilib. Yanğın nəzarət altına alınıb.

Bildirilib ki, yanğının səbəbi bilinmir. Müəssisələrə böyük maddi ziyan dəydiyi də qeyd olunur.

Milli.Az