Dəm qazı daha bir can aldı

25 Dekabr 2019 21:20

İmişlidə 33 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Milli.Az bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1986-cı il təvəllüdlü Cəfərov Əli Şakir oğlu yaşadığı evin hamamında dəm qazından boğulub. Ə.Cəfərov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az