Bakıda qəribə nişanlar: biri düzünə getməyə icazə verir, o birisi isə yox - FOTO

25 Dekabr 2019 21:35

Bakının mərkəzi küçəsindəki yol nişanları arasında olan ziddiyət sürücüləri çaş-baş salır.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, paytaxtın Şəmsi Bədəlbəyli küçəsində yolun sağ zolağına 1.18 nişanlanma xətti çəkərək həmin zolaqdan hərəkət yalnız sağa məcbur edilib. Lakin ondan bir neçə metr əvvəldə quraşdırılan 5.8.1 nişanı isə sağ zolaqdan həm düzünə, həm də sağa dönməyə icazə verir.

Nişanlar arasında bu cür ziddiyətin olması yolverilməzdir. Ümid edirik ki, aidiyyəti qurumlar bu problemi aradan qaldıracaq.

Milli.Az