Naxçıvanla sərhəddə 3 İŞİD-çi tutuldu

25 Dekabr 2019 18:49

Kocaeli Polis İdarəsinin keçirdiyi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının üç üzvü İğdırda Dilucu sərhəd keçid məntəqəsindən qanunsuz keçmək istəyərkən saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyinin məlumatında bildirilib.

Saxlanılanlar Kocaeli Polis İdarəsinə aparılıb.

Qeyd edək ki, Dilucu sərhəd-keçid məntəqəsi Naxçıvanla sərhəddə yerləşir.

Milli.Az