Rusiyada helikopter sərt eniş etdi: 16 yaralı

25 Dekabr 2019 18:39

Rusiyanın Krasnoyarsk diyarının şimalında Mi-8 helikopterinin sərt eniş etməsi nəticəsində 16 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, onlardan 2 nəfəri xəstəxanaya yerləşdirilib, digərlərinə isə ambulator yardım göstərilib. 

Qeyd edək ki, neftçiləri daşıyan helikopterin göyərtəsində 21 sərnişin və 3 ekipaj üzvü olub. 

Milli.Az