Luçeskunun yeni iş yeri bəlli oldu

25 Dekabr 2019 15:30

Son olaraq Türkiyə milli komandasını çalışdıran Mirça Luçeskunun yeni iş yeri bilinib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 74 yaşlı mütəxəssis "Sion" klubunu çalışdıracaq. Bu barədə İsveçrə təmsilçisinin prezidenti Kristian Konstantin yerli mətbuata açıqlamasında deyib. Konstantin Luçeskunun yanvarın 2-də rəsmi müqavilə imzalayacağını bildirib.

"İnter", "Şaxtyor", "Qalatasaray", "Zenit", "Beşiktaş" kimi klublarda işləyən Luçesku, 2017-2019-cu illərdə Türkiyə milli komandasını çalışdırıb.

Milli.Az