“Bu qədər sevildiyimi görmək çox xoşdur”- Ceza Bakıda - FOTO

25 Dekabr 2019 14:26

Türkiyənin sevilən reperi Ceza Bakıda konsert verib.

Milli.Az open.az-a istinadən xəbər verir ki, reper "Elektra Hall" səhnəsində minlərlə sevənləri ilə görüşüb.
Bütün biletlərin satıldığı konsertdə Cezanın sevənləri izdiham yaşadıb.

"Pera group"un təşkilatçığını etdiyi gecə ərzində reper canlı ifalar sırasında Azərbaycan və Bakı haqqında da rep söyləyib.

O,mahnılarının Azərbaycandakı sevənləri tərəfindən əzbər bilinməsinə çox şad olduğunu bildirib.

Gecədən fotoları təqdim edirik:

Milli.Az