Türkiyədə avtobus qəzaya uğradı: 20-dən çox yaralı var

25 Dekabr 2019 14:13

Türkiyənin Kayseri vilayətində avtobus qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 23 nəfər xəsarət alıb.

Qeyd olunur ki, Vandan Kayseriyə hərəkət edən avtobusun sürücüsü buzlu yolda idarəetməni itirib.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Milli.Az