20 min bilet 3 dəqiqəyə satıldı

25 Dekabr 2019 22:04

Konor Makreqorla Donald Serrone arasında keçiriləcək döyüşün biletləri satışa çıxarılıb.

Milli.Az kaspi.az-a istinadən bildirir ki, satışa 20 min bilet çıxarılıb. Bütün biletlər 3 dəqiqə ərzində satılıb.

Bilet satışından 10 milyon dollar gəlir əldə edilib. Döyüş yanvarın 18-də Las-Veqasda keçiriləcək. Konor son döyüşünü ötən ilin oktyabrında Həbib Nurməhəmmədova qarşı keçirib və məğlub olub.

Milli.Az