Uruqvay millisinin üzvü “Qalatasaray”a keçir

25 Dekabr 2019 12:42

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "sarı qırmızı"lar "Leyptsiq"dən Marselo Saraççini transfer etməyə yaxındır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, "Qalatasaray"ın 22 yaşlı müdafiəçinin icarəsi üçün "Leyptsiq"lə razılaşdığı bildirilir.

"Qalatasaray" Saraççi üçün "Leyptsiq"ə heç bir məbləğ ödəməyəcək. Super Liqa təmsilçisi uruqvaylı müdafiəçinin yalnız illik məvacibini verəcək.

2018-ci ilin iyulunda "Leyptsiq"ə keçən Saraççi bu mövsüm Bundesliqada 4 oyuna çıxıb. Müdafiəçi Uruqvay milli komandasının da üzvüdür.

Milli.Az