Mandzukiçin yeni klubu müəyyənləşdi

25 Dekabr 2019 15:39

Mario Mandzukiçin yeni klubu məlum olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 33 yaşlı oyunçu karyerasını Qətərin "Əl Duhail" klubunda davam etdirəcək. Bu haqda klubun rəsmi saytı məlumat yayıb. Xorvatiyalı hücumçu ilə 2.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mandzukiç "Bavariya", "Atletiko", "Yuventus" kimi komandalarda çıxış edib.

Milli.Az