Millimiz Türkiyə ilə yoldaşlıq görüşü keçirəcək

25 Dekabr 2019 12:05

Azərbaycan və Türkiyənin milliləri arasında yoldaşlıq oyunu keçiriləcək.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "ay-ulduzlular"ın baş məşqçisi Şenol Günəş verib.

Mütəxəssis bildirib ki, gələn il mayın 26-da bu komandalar arasında oyun baş tutacaq. Qarşılaşma Antalyada təşkil olunacaq.

Türkiyə yığması bundan sonra iyunun 1-də Xovatiya, 4-də isə İrlandiyaya qarşı gücünü sınayacaq.

Milli.Az