Gülyaz Məmmədova keçmiş əri ilə barışıb?

25 Dekabr 2019 09:49

Xalq artisti Gülyaz Məmmədova keçmiş həyat yoldaşı ilə barışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda "Zaurla Günaydın" verilişində müğənninin bacısı Gülyanaq Məmmədova və Əməkdar artist Teymur Əmrah deyib.

Aparıcı Zaur Baxşəliyevin "Ərə versəydik indi əri ona qəşəng kürk alardı" sözlərinə T.Əmrah "Nə olub onun ərinə? Gəlib-gedir" cavabını verib.

Gülyanaq isə "Əri gəlib-gedir. Danışırlar. Xasiyyətləri tutmayıb, ayrılıblar. Amma düşmən deyillər" sözlərini söyləyib.

Gülyaz isə münasibətlərinin dost kimi davam etdiyini, görüşdüklərini deyib.

Milli.Az