Son on ildə Böyük Britaniyada daşınmaz əmlak qiymətləri artıb

25 Dekabr 2019 22:40

Böyük Britaniyada son on ildə daşınmaz əmlak qiymətləri təqribən 90 min funt sterlinq artıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 20 böyük şəhərdə aparılan araşdırmalar zamanı artım müşahidə olunub.

Məlumatlara əsasən, paytaxt xaricindəki mənzilin bir kvadratmetrinin qiyməti 257.200 funtdan başlayır.

Əmlak saytları növbəti ildən evlərin dəyərinin 3 faiz artacağını proqnozlaşdırır.

Şimali İrlandiyanın paytaxtı Belfastda evlərin qiyməti isə ötən dövrlərlə müqayisədə daha aşağı düşüb.

Milli.Az