"Tottenhem" rədd cavabı aldı

24 Dekabr 2019 23:49

"Tottenhem" futbolçusu Son Hın Minin 3 oyunluq cəzası  ilə bağlı İngiltərə Futbol Federasiyasına apelyasiya şikayəti edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, London təmsilçisinin müraciəti qəbul edilməyib. Son Hın Minin cəzası olduğu kimi saxlanılıb.  O, Premyer Liqada qarşıdakı 3 matçı - "Brayton", "Norviç", "Sauthempton"la oyunları  buraxacaq.

Qeyd edək ki, koreyalı oyunçu Premyer Liqanın 17-ci turunda "Çelsi"ilə matç zamanı rəqib futbolçu Antonio Rudiger ilə toqquşmadan sonra yerə yıxılıb, təpiklə rəqibin qarnına vurduğuna görə qırmızı vərəqə ilə cəzalandırılıb.

Milli.Az