Ramil Şeydayev "Neftçi"də? - Bakıya gəldi

24 Dekabr 2019 23:48

Moskva "Dinamo"su heyətində saxlamaq istəmədiyi  Ramil Şeydayevi başqa klub tapması üçün məlumatlandırıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki,  23 yaşlı hücumçunun karyerasını Azərbaycanda davam etdirmək ehtimalı var. O, danışıqlar aparmaq üçün Bakıya gəlib. Ramilin xidmətində "Neftçi"nin maraqlı olduğu iddia edilir.

Qeyd edək ki, milli  komandamızın da üzvü olan Ramil Şeydayevin Moskva təmsilçisi ilə müqaviləsi ilin sonuna qədərdir.

Milli.Az