Rüstəm İbrahimbəyov futboldan danışdı
16 Aprel 2010 11:49
"Bu gün bizim məktəblərdə istedadlı futbolçular yetişdirilməlidir ki, sonradan xaricə üz tutmayaq. Məncə, bu gün bizim çox yaxşı oyunçularımız var".
Fanat.az xəbər verir ki, bu sözləri "Oskar" mükafatı laureatı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov deyib.
Rüstəm ölkəmizdə əcnəbi futbolçuların çıxış etməsini istəmir. O, "Regnum" agentliyinə müsahibəsində bildirib ki, Azərbaycanda yerli futbolçular oynamalıdır. Rüstəm bəyin fikrincə, bunun yolu məktəblərdə istedadlı futbolçuların yetişdirilməsindən keçir.
/Fanat.az/