57 il sonra qartopu oynamaq qadağası ləğv edilir

24 Dekabr 2019 20:50

ABŞ-ın Viskonsin əyalətində 1962-ci ildən bəri qartopu oynamağa qoyulmuş qadağa ləğv edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Vausau şəhərində 57 il əvvəl qaropu oyunu "insanlara ağır şəkildə zərər verən oyun" kimi qadağan olunub. 2017-ci ildən etibarən şəhər sakinləri qadağanın ləğvi üçün mübarizə aparır.

Gələn aydan etibarən artıq Vausau şəhərinin sakinləri də qartopu oynaya biləcəklər. 

Milli.Az