Gürcüstanda dəhşətli qəza: 2 azərbaycanlı öldü

24 Dekabr 2019 18:50

Gürcüstanın Rustavi - Lilo magistralında yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, TIR və "Toyota Prius" markalı avtomobillərinin toqquşması nəticəsində "Toyota"da olan iki nəfər həyatını itirib.

Həlak olanların milliyyətcə azərbaycanlı olduğu bildirilir. Hələlik onlardan birinin şəxsiyyəti məlumdur. Bu, 1948-ci il təvəllüdlü İmaməliyev Romandır.

Milli.Az