Səudiyyə Ərəbistanı 1,3 milyard dollarlıq istiqraz buraxıb

25 Dekabr 2019 07:48

Neftin qiymətinin aşağı düşməsi səbəbindən böyük gəlir itkisi yaşayan və büdcə kəsirini artıran Səudiyyə Ərəbistanı 1,36 milyard ABŞ dolları dəyərində istiqraz buraxıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 4 hərracda ümumilikdə 1,36 milyard dollarlıq istiqraz buraxılışı reallaşdırılıb.

Qeyd edək ki, daha əvvəl Maliyyə Nazirliyi büdcə kəsirinin cari ilin sonunadək 181 milyard dollar olacağını açıqlayıb.

Milli.Az