Sizin janrda biri çıxıb deyə bilmədi ki, Elnarə 3 dənə konsert verdi, mən 4-ünü verəcəm.
Milli.Az xəbər verir ki, bu sözləri "Hər şey daxil"in aparıcısı Tarix Əliyev (Tolik) əməkdar artist Elnarə Abdullayeva ilə sözhbəti zamanı deyib.
Xanəndə xanım aparıcının sözlərinə münasibəti zamanı bəzi həmkarlarını sərt tənqid edib:
"4 il dalbadal konsert verdim. Bir veriliş var idi, orada mövzu düşdü, heç kim demədi də bunu. Bir gün bir oxuyan mənə qayıtdı ki, "Az, mən tamaşaçıya görə qəti narahat deyiləm. Mənim tamaşaçılarım çoxdur". Dedim sən ki, özünə bu qədər arxayınsan, mən sənin yerinə olsam lap 10 gün konsert verərəm. Konsert verdi, 500-600 adam olub, olmayıb. Təsəvvür edin o dərəcədə. Mənim konsertlərimin sponsoru olmadı. Mənim konsertimə gələn hər bir tamaşaçı mənim sponsorum idi.
Çünki onlar olmasaydı, mən orada konsert verə bilməzdim, rahat danışa bilməzdim. Camaat necə mənə hörmət edir, mən də 10 qat camaata elə hörmət edirəm - Bunun kişisinə də, xanımına da, uşağına da, böyüyünə də. Bu günləri müəyyən toylarda mən görmüşəm ki, bəzi oxuyanlar onlarla şəkil çəkdirmək istəyən camaat o qədər qəribə jestlə rədd ediblər. İnan Allaha, mən onların yerinə yüz dəfə yerin altına girib çıxmışam. Bizi biz edən, sənətçi edən xalqdır. Xalqla necə gəldi davranmaq olmaz. Biz hər birimiz xalqın, camaatın əlinə baxırıq. Sən bu xalqa necə yuxarıdan aşağı baxa bilərsən? Naşükür olmayaq".
Məhəmməd Vaqif
Milli.Az