Şahin Diniyev yeni müqavilə imzaladı

16 Aprel 2010 11:45
Futbol üzrə milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev yeni müqavilə imzalayıb.

Fanat.az xəbər verir ki, azərbaycanlı mütəxəssis Qroznının "Terek" klubu ilə anlaşma əldə edib. Yeni anlaşmaya əsasən Diniyev daha üç il "Terek"də qalacaq.

Qeyd edək ki, Diniyev "Terek"də əvvəlcə əvəzedici komandanın baş məşqçisi olub. Daha sonra bir müddət əsas komandaya rəhbərlik edib. İndi "Terek"in baş məşqçisinin birinci köməkçisi və Futbol Akademiyasının direktorudur.

/Fanat.az/