"Fiorentina"nın yeni baş məşqçisi müəyyənləşdi

24 Dekabr 2019 20:26

"Fiorentina"nın yeni baş məşqçisi məlum olub.

Milli.Az goal.az-aistinadən xəbər verir ki, A Seriyası təmsilçisinin "sükan"ı Cüzeppe Yakiniyə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 55 yaşlı mütəxəssisin təqdimatı dekabrın 28-də keçiriləcək.

Yakini daha əvvəl "Sampdoriya", "Udineze", "Sassuolo", "Empoli" kimi klubları çalışdırıb.

Milli.Az