Smart saat modelə sevgilisinin xəyanətini aşkarlamağa kömək etdi

26 Dekabr 2019 08:15

İnstaqram bloqeri Neylin Eşli "Apple Watch"un köməyi ilə sevgilisinin xəyanətini aşkar edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Eşli üç il bir oğlanla görüşüb. Dediyinə görə, onu çox sevib, amma qarşılığında oxşar hisslər görməyib.

Model sevgilisi tərəfindən aldadıldığından şübhələnib, ancaq bunun üçün əlində dəlil olmayıb.

Bir gün qız görüb ki, oğlanın "Apple Watch" saatı vibrasiya edir. Sevgilisinin evdə olmadığından istifadə edən bloger saatın ekranına baxıb və orada müxtəlif ismarıcları görüb.

Milli.Az