Bu gün Günayın toyudur

24 Dekabr 2019 13:15

Aparıcı Günay Rəhimovanın toyudur.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, bu gün sevdiyi şəxslə nikah masasına oturacaq. Şəhər restoranlarından birində keçiriləcək məclisə az sayda tanınmış dəvət olunub.

Qeyd edək ki, Günay əvvəl "Xəzər" telekanalında çalışırdı. Hazırda o, fəaliyyətini ARB TV-də davam etdirir.

Milli.Az