La Liqaya yenidən prezident seçildi

24 Dekabr 2019 11:08

Xavyer Tebas yenidən İspaniya La Liqasının prezidenti seçilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, bu vəzifəyə yeganə namizəd olub. Tebas Baş Assambleyaya ehtiyac olmadan daha 4 il vəzifəsində qalıb.

Qeyd edək ki, 57 yaşlı funksioner 2013-cü ildən La Liqanın prezidentidir.

Milli.Az