Braziliya Prezidenti hamamda yıxıldı, xəstəxanalıq oldu

24 Dekabr 2019 09:24

Braziliya Prezidenti Jair Bolsonaru iqamətgahında yıxıldıqdan sonra hərbi hospitala yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Braziliya KİV-ləri yazıb ki, prezidentin ayağı hamam otağında sürüşdükdən sonra o yıxılıb.

Bildirilib ki, prezident həkimlər tərəfindən müayinə olunub. Kompüter tomoqrafiyasında onda hər hansı bir travma qeydə alınmayıb.

Bununla belə J.Bolsonaru 6-12 saat müddətində tibbi nəzarət altında qalacaq.

Milli.Az