Arizonada atışma olub, ölən və yaralananlar var

24 Dekabr 2019 08:12

ABŞ-ın Finiks şəhərində (Arizona ştatı) atışma baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, cinayətkar ticarət mərkəzində insanları odlu silahla hədələyərək, avtomobili qaçırıb.

Bildirilir ki, hadisə zamanı cinayətkar iki nəfəri yaralayıb. Onlar xəstəxanaya yerləşdirilib.

Daha sonra cinayətkar polislər tərəfindən güllələnib.

Milli.Az