Gəncə sakini ehtiyyatsızlıqdan xəsarət alıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Sadılı qəsəbəsində qeydə alınıb.
1976-ci il təvəlüdlü Səmədov Qabil Bəhrəm oğlu zibil maşınından yıxılıb. Yaralı dərhal xəstəxanaya yerlərşdilib. Xəstəyə sağ tərəf 6, 7, 8, 9 qabırğaların sınığı diaqnozu qoyulub. Vəziyyətinin kafi olduğu bildirlir.
Qeyd edək ki, Q.Səmədov Gəncə şəhər Mənzil Komunal Təsərrufat Birliyinin İşçisidir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az