Tudor Xorvatiya klubunda

24 Dekabr 2019 08:43

"Qalatasaray"ın sabiq baş məşqçisi İqor Tudorun yeni iş yeri müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, xorvatiyalı çalışdırıcı ölkəsinin "Hayduk" klubunu çalışdıracaq. Bu barədə Split təmsilçisinin rəsmi saytı məlumat yayıb. Onunla 2.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Tudor 2013-2015-ci illərdə də "Hayduk"u çalışdırıb. O, daha sonra PAOK, "Qalatasaray", "Karabükspor" və "Udineze"nin baş məşqçisi olub.

Milli.Az