Kanadanın qərb sahillərində iki güclü zəlzələ olub

24 Dekabr 2019 08:03

Kanadanın qərb sahillərində bir saat ərzində iki güclü zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ilk zəlzələnin maqnitudası 5,7 bal olub. Yeraltı təkanların episentri Port Hardi bələdiyyəsindən 170 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

İkinci zəlzələ 6 bal gücündə olub. Zəlzələnin episentri Port Hardi bələdiyyəsindən 175 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az