Lavrov və Çavuşoğlu Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər

24 Dekabr 2019 07:55

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, tərəflər telefon danışığı zamanı Suriyada sülh prosesini, o cümlədən Suriya xalqına humanitar yardım məsələsini, və Liviyadakı vəziyyətin sabitləşməsinə yardımüzrə iki ölkə arasındakı əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Bildirilir ki, telefon dnaışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Milli.Az