Meksikada şəhər meri silahlı hücumun qurbanı olub

24 Dekabr 2019 07:45

Meksikanın Oahaka ştatında silahlılar yeni il şənliyinin keçirildiyi binaya daxil olaraq insanlara atəş açıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, silahlı insident nəticəsində Halapa şəhərinin meri Arturo Velaskes, şəhər administrasiyanın əməkdaşlarından biri Xavyer Terrero həlak olub.

Digər ölən və yaralananlar barədə məlumat verilmir.

Bildirilir ki, atəş açan şəxslər hadisə yerindən qaçıblar. Hazırda onların axtarışları aparılır.

Milli.Az