La Liqa klubunda mövsümün 2-ci baş məşqçi istefası

23 Dekabr 2019 23:39

İspaniyanın "Espanyol" klubu baş məşqçisi Pablo Maçini istefaya göndərib.

Milli.Az matc.az-a istinadən bildirir ki, La Liqa təmsilçisi bu qərarı rəsmi saytı vasitəsilə açıqlayıb. 

44 yaşlı ispaniyalı məşqçi son uğursuzluqlara görə göndərilib. 
 
Xatırladaq ki, Maçin oktyabr ayında David Qalyeqonun istefasından sonra baş məşqçi postuna gətirilmişdi. 
 
"Espanyol" 18 turdan sonra cəmi 10 xalla La Liqada sonuncu pillədə qərarlaşıb.

Milli.Az