Yeni partiya yaradıldı: Kvirikaşvili geri qayıdır

23 Dekabr 2019 18:59

Gürcüstanda yeni siyasi birlik - Gürcüstan üçün Lelo Partiyası yaranıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, yeni partiyanın sədrinin Mamuka Xazaradze olacağı vurğulanıb. Yeni partiyanın tərkibinə Yeni Sağçılar Partiyasının da daxil olacağı bildirilib. Partiya əsas hədəfinin yeni parlament seçkisində qələbə qazanmaq olduğunu söyləyib.

Xazaradze jurnalistlərə açıqlama verərək, keçmiş baş nazir Georgi Kvirikaşvilinin siyasətə qayıtmaq fikrində olduğunu bildirib. O, Kvirikaşvilinin onun partiyasında yer alacağına ümid etdiyini deyib.

Qeyd edək ki, Xazaradze bundan öncə Lelo Partiyası yaradıb.

Milli.Az