Seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri - Saat 15:00-a olan məlumat

23 Dekabr 2019 15:47

Bu gün keçirilən bələdiyyə seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin saat 15:00-a olan verdiyi məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 52 saylı Quba Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 33,91 faiz olub.

Saat 15:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 37 saylı Nizami Birinci (Gəncə) Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 20, 18% olub.

Qeyd edək ki, saat 12:00 olan məlumata görə, 4 milyon 972 min 356 seçicidən 898 542 nəfəri (18.07%) səsvermədə iştirak edib.

Milli.Az