Tbilisidə Azərbaycan və Türkiyənin Xarici İşlər nazirlərinin görüşü olub

23 Dekabr 2019 13:54

Tbilisidə Azərbaycanın və Türkiyənin Xarici İşlər nazirlərinin görüşü olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər, eyni zamanda Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə reallaşdırılan irimiqyaslı layihələri nəzərdən keçirib, gələcək əməkdaşlığın perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Milli.Az