Türkiyə millisində şok itki

23 Dekabr 2019 14:39

Fransanın "Lill" klubunun və Türkiyə millisinin üzvü Yusuf Yazıçı ciddi zədə alıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi 19-cu turda səfərdə "Monako" ilə  keçirilən matçın (1:5) 39-cu dəqiqəsində zədələnib. Klubun rəsmi saytı futbolçunun çarpaz bağlarının qopduğunu açıqlayıb. 

REKLAMDaha ətraflı
O, mövsümün qalan hissəsində oynamayacaq. Türkiyəyə qayıdan futbolçu bu gün əməliyyat ediləcək.

Yusuf Yazıçının Avropa çempionatında Türkiyə millisinə kömək edə bilməyəcəyi güman olunur.

Milli.Az